Sarı tor olmayan yolayrıcında sürücülərə cərimə yazıla bilər? - VİDEO

Son illər paytaxtda bir sıra yolayrıclarında sarı tor nişanlanması tətbiq olunmağa başlayıb. Avtosfer.az xəbər verir ki, bu nişanlanma xətləri yolayrıcının sərhədlərini göstərir və tıxac zamanı sürücülərin həmin hissəyə daxil olaraq orada dayanmasını qadağan edir.
Lakin bütün yolayrıclarında sarı tor tətbiq edilmədiyindən bəzi sürücülər hesab edirlər ki, sarı tor olmayan kəsişmələrdə tıxac zamanı yolayrıcına daxil olub dayanmaq olar.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya sarı torla işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır.
Qanunda açıq şəkildə göstərilir ki, bu qadağanın tətbiqi üçün sarı tor nişanlanmasının olması şərt deyil.
Yəni sarı tor olmayan yolayrıclarında və kəsişmə yerlərində də dayanıb yolu kəsmək qayda pozuntusu hesab olunur.
Bu qaydanı pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilərlər.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












