Sarj məntəqələrində parkinq haqqı tələb olunur – RƏSMİ AÇIQLAMA - FOTO

Bakıda elektrikdoldurma məntəqələrinin bəzisinin qarşısında pullu parkinq nişanının olması sual yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
"Elektromobillərin şarjı üçün nəzərdə tutulan yerdə pullu parkinq işarəsi olmalıdırmı? Avtomobilini şarj etdirən sürücülər həm də parkinq pulu verməlidirlər?" -deyə sürücü sual edib.

Məsələ ilə bağlı Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, şəhərdə elektrikdoldurma məntəqələri həm pullu, həm də pulsuz ərazilərdə yerləşir.
"Parklanma məntəqəsinə daxil olan nəqliyyat vasitələrinin parklanma yerlərindən istifadəsinə görə zonalara uyğun olaraq ödəniş etməsi mütləqdir. Əgər enerjidoldurma cihazları ödənişsiz parklanma zonasında quraşdırılıbsa, sürücülərdən parklanmaya görə ödəniş tələb olunmur. "Yol hərəkəti haqqında" Qanuna əsasən, elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerjidoldurma məqsədilə parklanma yerləri 5.15 yol nişanına 7.5.9 lövhəciyi əlavə olunmaqla müəyyən edilir. Həmin parklanma yerlərində enerji doldurmaq məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin durması istisna olmaqla, nəqliyyat vasitələrinin parklanması qadağandır. Hətta elektrik mühərrikli avtomobillər belə həmin məntəqədə yalnız təyinatı üzrə şarj etmək üçün parklana bilər. Əks təqdirdə 20 manat məbləğində cərimə nəzərdə tutulub", - deyə məlumatda vurğulanır.
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










