Səhər işə tələsən sürücülər bu yolda 150 manat cərimələnir - VİDEO
Qaydalar
14 May 2024 10:00
Oxunub 934
Bakıda daha bir yolda qayda pozan sürücülər kamera vasitəsilə cərimələnir. Avtosfer.az xəbər verir ki, sözügedən kamera Yasamal rayonunda yerləşən "MİDA" Yasamal Yaşayış Kompleksinin yaxınlığında quraşdırılıb. Belə ki, yaşayış kompleksindən üzü avtomobil bazarı istiqamətinə gedən sürücülər tıxac olan vaxtlarda əks yola çıxırlar. Nişanlanma xəttinin tələbini pozaraq axına qarşı hərəkət edən həmin sürücülər 4 bal 150 manat məbləğində cərimə edilirlər. Bu səbəbdən sürücülərə tövsiyə edirik ki, səbirli şəkildə qaydalara riayət etsinlər. Əks halda həm cərimələnərək büdcənizə ziyan dəyəcək, həm də həyatınız təhlükə altında qalacaq.
Fərid
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR