Şəhərdə maşınların arasından şütüyən sürücü iki dəfə qəza şəraiti ilə üzləşdi - VİDEO
Qaydalar 20 İyun 2021 12:45 Oxunub 7068
Şəhərdə maşınların arasından şütüyən sürücü iki dəfə qəza şəraiti ilə üzləşdi - VİDEO

Bakıda ötmə və manevr qaydalarını kobud şəkildə pozan sürücü yolda təhlükəli anlar yaşadıb. Avtosfer.az xəbər verir ki, 10-MY-091 qeydiyyat nişanlı "Kia Rio" markalı avtomobilin sürücüsü iyunun 18-i paytaxtın Mikayıl Müşviq küçəsində yüksək sürətlə hərəkət edən zaman sağdan ötmə əməliyyatı həyata keçirib. Yolun sağında dayanmış mikroavtobusla toqquşacağını görən qonşu zolaqdakı sürücü tormoz verərək onun qəzadan yayınmasına şərait yaradıb. O, daha sonra yüksək sürətlə hərəkətinə davam edərək qarşıdakı dairəyə daxil olub və bu zaman sağdan yolayrıcına yaxınlaşan avtomobillə toqquşma təhlükəsi yaranıb.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh