Şəhəri bir-birinə qatan "day-daylı" xanım sürücü CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB

Qaydalar 3 İyul 2024 15:09 Oxunub 3924
Şəhəri bir-birinə qatan "day-daylı" xanım sürücü CƏZALANDIRILDI  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Gəncədə yol hərəkəti qaydalarını kobud şəkildə pozan xanım sürücü cəzalandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib. Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub.

Şəxslə profilaktik söhbət aparılaraq barəsində inzibati protokol tərtib olunub.

Araşdırmalar zamanı məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və xanıma bir neçə saatlıq sürməsi üçün verib.

Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir

***

Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az xəbər verir ki, sürücü Aysu Nurəliyeva idarə etdiyi 77-FB-782 qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə manevr qaydalarını pozub. 

Paylaşdığı videonun rəy bölməsində sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib. 

Əldə etdiyimiz məlumata əsasən, xanım sürücü dəfələrlə rent a car-dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.

Könül Rauf

ŞƏRH YAZ
Ad

E-mail

Şərh