Şəhərimizin sakinləri PAŞA Sığortadan 30 faizə qədər Kasko sığortasına endirim qazandı - FOTO-VİDEO

“PAŞA Sığorta”nın 23 noyabrdan etibarən sürücülər arasında keçirdiyi “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniya uğurla yekunlaşıb. Bir ay davam edən kampaniyada 147 nəfər qalib olaraq, PAŞA Sığorta tərəfindən 30%-ə qədər endirimli Kasko sığortası ilə mükafatlandırılıb. Gənclik Mall AVM-də təşkil olunan kampaniyada 417 nəfər sürücü iştirak edərək, xüsusi planşetlərdə Yol Hərəkəti Qaydalarına aid 10 elektron suala cavab verib məsuliyyətli sürücü adını qazanmağa çalışmışdır. Kampaniyada iştirak edən hər bir sürücüyə “PAŞA Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub, yarışın qalibləri isə xüsusi mükafatlar qazanıblar. Belə ki, “PAŞA Sığorta” tərəfindən 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 10 sualdan 9-na doğru cavab verən şəxslərə 25%, 10 sualdan 8-nə doğru cavab verən şəxslərə 20%, 10 sualdan 7-nə doğru cavab verən şəxslərə isə 15% Kasko sığortası üçün endirim mükafatı təqdim edilib.
Bildirmək istərdik ki, “PAŞA Sığorta” tərəfindən həyata keçirilən “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniyanın əsas məqsədi sürücülərin Yol Hərəkəti Qaydalarına daha məsuliyyətli yanaşmasını təbliğ etməkdir və şirkət gələcəkdə də buna bənzər layihələri keçirməyi planlayır.
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. PAŞA Holding qrupunun üzvü olan PAŞA Sığorta korporativ və fərdi müştərilərə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Müştərilərinin məmnuniyyətini daima yüksək səviyyədə saxlayan PAŞA Sığorta 10 illik fəaliyyət müddəti ərzində ümumilikdə 115 890 100 AZN sığorta ödənişi etmişdir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO
















