Şəhərin mərkəzində işıqlarını söndürüb "iki təkər" gedən "avtoş" - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücünün videosu sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, 90-GY-114 qeydiyyat nişanlı “VAZ 2107” markalı avtomobilin sürücüsü paytaxtın bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri edib. O, avtomobilin təkərlərini yer səthindən qaldıraraq qanunun tələblərini kobud şəkildə pozub. Sürücü bu hərəkəti dəfələrlə edərək digər iştirakçıların həyatını təhlükə altında qoyub.
İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Fərid
Sumqayıtda təhlükəli anlar: İşıqforu və piyadanı gözardı edib şütüdü - VİDEO
Bu sürücünün qanunu pozması hamıya maneə yaratdı - 99-QB-873 - FOTO+VİDEO
Dairədəki maşını görə-görə yol verməyən sürücü qəza riski yaratdı - VİDEO
Zolağına sığmayan sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO
Bu küçədə qaydasızlıq baş alıb gedir: Sürücülər yolayrıcında xaos yaradır - VİDEO
Sürücülər Çin maşınlarını səkidə saxlayıb piyadalara mane olur - FOTO
"Sürücülərə bu halda tətbiq edilməlidir" - Cərimə balı sistemi - VƏKİL
Orta zolaqdan geriyə dönən qadın sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının işığını yolboyu yandırıb-söndürərək digər sürücüləri narahat etdi - VİDEO
Sürücü maşının qarşısına çıxıb qəza şəraiti yaratdı, üstəlik etiraz etdi - VİDEO
Qabağa düşmək istəyən sürücü sarı işıqda keçib tıxaca qaldı - VİDEO











