Şəhərin mərkəzində ötmə edən “Prius” ard-arda qəza riski yaratdı - VİDEO

Paytaxtın Zərifə Əliyeva küçəsində qayda pozan sürücü nəqliyyat vasitələrinə qəza riski yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 30-da saat 10:36 radələrində qeydə alınıb. Belə ki, 77-EM-832 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü ötmə etmək istəyir. Lakin təhlükəsizlik qaydalarına əməl etməyərək sağ zolaqla hərəkətdə olan digər maşının önünə çıxır. İkinci sürücü baş verə biləcək təhlükənin qarşısı almaq üçün öz növbəsində sağa - manevr edərək avtobusun önünə çıxır. Bu zaman avtobus sürücüsü siqnal verərək xəbərdarlıq edir. Yenidən öz zolağına qayıdan sürücü qarşıdakı avtomobilə dəyməkdən son anda xilas olur.
Xatırladaq ki, “Yol Hərəkəti Haqqında”qanunun 42-ci maddəsinə əsasən, zolağını dəyişən sürücü öncə eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinə yol verməli və zolağın boş olduğuna əmin olduqdan sonra keçid etməlidir.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










