Şəhərin mərkəzində təhlükə yaradan sürücünün kimliyi bilindi: DYP onu cəzalandırdı - VİDEO

Qaydalar 25 Yanvar 2023 10:55 Oxunub 1096
Şəhərin mərkəzində təhlükə yaradan sürücünün kimliyi bilindi: DYP onu cəzalandırdı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda qaydaları kobud şəkildə pozan sürücü cərimələnib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Belə ki, 99-VG-211 qeydiyyat nişanlı "Ford Fusion" markalı avtomobilin sürücüsünün qayda pozuntusu yayıldıqdan sonra yol polisi dərhal araşdırmaya başlayıb. Məlum olub ki, əks yola çıxaraq təhlükə yaradan sürücü 1993-cü il təvəllüdlü Vüqar Hüseynovdur. O, törətdiyi xətaya uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə 100 manat məbləğində cərimə olunub.

 

Leyla

ŞƏRH YAZ
Ad

E-mail

Şərh