Şəhərin mərkəzində telefon əlində əks yola çıxan sürücü KİMDİR? - VİDEO

Qaydalar 16 İyul 2024 16:30 Oxunub 120
Şəhərin mərkəzində telefon əlində əks yola çıxan sürücü KİMDİR?  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıxanov prospektində yol hərəkət qaydalarını pozan sürücü özünü videoya çəkərək "TikTok" səhifəsində paylaşıb.

Avtosfer.az xəbər verir ki, sürücü idarə etdiyi 77-XR-999 qeydiyyat nişanlı "Lexus" markalı avtomobillə qoşa xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib.
Eyni zamanda telefondan istifadə edərək öz hərəkətlərini videoya çəkib. Sürücü daha sonra Xan Şuşinski küçəsinə dönən zaman yolu keçməkdə olan piyadaya yol verməyib.

"Yol hərəkəti haqqında" qanunda qeyd olub ki, sağa və ya sola dönən sürücü yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməlidir.

Sözügedən videonu təqdim edirik:

Hülya

ŞƏRH YAZ
Ad

E-mail

Şərh