Şəhərin mərkəzində velosiped zolağını parkinqə çeviriblər - FOTO

Son dövrlərdə paytaxtda insanyönümlü şəhər mühitinin yaradılması üçün mühim addımlar atılır. Şəhərin bir sıra küçə və prospektlərində avtobus və velosiped zolaqları salınır, parklar açılır. Lakin buna baxmayaraq, bəzi sürücülər hələ də velosiped və skuter sürücülərini görməzdən gəlməkdə davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Nəsimi rayonunda belə hallar daha intensiv yaşanır.

Belə ki, rayonun 28 May küçəsində salınan velosiped zolağı sürücülərin parkinq yerinə çevrilib. Sürücülər ya “5 dəqiqəlik marketə getmək” adı ilə, ya da iaşə müəssisəsinə məhsul çatdırmaq məqsədilə nəqliyyat vasitələrini velosiped zolağında park edib gedirlər. Bəzi sürücülər isə bunu dönmə işıqlarını yandırmaqla edir. Bu halda qaydanı pozmadıqlarını, xüsusi imtiyazlarının olduğunu düşünürlər.
99-OL-695 qeydiyyat nişanlı “Chery” markalı avtomobil kimi. 77-EB-491 nömrəli “Ford” markalı avtomobilin sahibi isə ümumiyyətlə maşını söndürüb və velosiped zolağını zəbt etdib.

Qeyd edək ki, qaydaları bu cür pozan sürücülər İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsilə 2 bal 100 manat məbləğində cərimə edilə bilər.
Səfər
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












