Şəhərin mərkəzində velosipedçi zolağı qoyub səkiylə gedir - VİDEO
Paytaxtın Bülbül prospektində qayda pozan velosipedçi görüntülənib. Avtosfer.az-ın məlumatına görə, hadisə martın 17-si səhər saatlarında qeydə alınıb. Belə ki, velosiped sürən gənc oğlan piyadaların rahat şəkildə hərəkətinə əngəl törədib. Videodan göründüyü kimi yolda velosiped zolağının olmasına baxmayaraq o, nəqliyyat vasitəsini piyada səkisində sürür.
Qeyd edək ki, nəqliyyat vasitələri üçün qanunla müəyyən edilən tələblər və yol nişanları velosipedlər üçün də keçərlidir. Yol Hərəkəti haqqında Qanunun 38-ci maddəsində qeyd olunur ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir.
İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən piyadaların hərəkətinə maneə yaradılmasına görə, 40 manat məbləğində cərimə edilə bilərlər.
Nərmin
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO - YENİLƏNİB
Narkotikin təsiri altında sükan arxasına keçən sürücü yenidən saxlanıldı - FOTO
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO










