Şəhərin mərkəzini "bazara" çevirən piyadalar kameraya düşdü - VİDEO

Qaydalar 26 Sentyabr 2024 10:00 Oxunub 274
Şəhərin mərkəzini "bazara" çevirən piyadalar kameraya düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan piyadaların hərəkəti kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Mehdi Hüseyn küçəsində baş verib.

Belə ki, piyadalar keçidin bir neçə metrliyində qaydaları kobud şəkildə pozublar. Onlar yolu nəzərdə tutulmayan yerdən keçərək təhlükə saçıblar.

İlk görüntüdə bir neçə piyada avtomobil yolunun ortası ilə Şeyx Şamil Küçəsi istiqamətinə hərəkət ediblər.

Digər videoda isə gənclər yolu digər tərəfə keçmək üçün avtomobillərin arası ilə hərəkət ediblər. Sürücü onlardan birinə irad bildirən zaman "maşın dayanıb deyə keçirəm də" - deyən gənc özünə haqq qazandırıb.

Sözügedən videonu təqdim edirik:

 

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh