Səhv zolaqda hərəkət edən sürücü qırmızıda şütüyüb keçdi - VİDEO

Paytaxtın Xəlil Rza Ulutürk küçəsi ilə 9-cu Köndələn küçəsinin kəsişməsində ard-arda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə fevralın 24-də saat 17:42 radələrində baş verib. Belə ki, 10-OR-090 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü əvvəlcə zolaqda düzgün yerləşmə qaydasını pozub. Görüntülərdən aydın olur ki, sağ hərəkət zolağında olan və yalnız sağa dönməyə icazə verilən hissədə hərəkət edən sürücü düz istiqamətdə davam edib.
Daha sonra o, işıqforun qadağanedici siqnalına məhəl qoymayıb və bütöv xətdən sola manevr edərək hərəkətini davam etdirib. Sürücünün bu davranışı digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Qeyd edək ki, belə davranışlar xüsusilə pik saatlarda kəsişmələrdə qəza riskini artırır və nəqliyyat axınının təhlükəsizliyini pozur.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












