Səki üçün metr yarım yer ayrılmışdı, onu da “Chai City” zəbt etdi - VİDEO

Paytaxtda sahibkarların silsilə özbaşınalıqları davam edir.
Avtosfer.az xəbər verir ki, Bakının Xətai rayonunda iaşə obyektinin qanuna zidd fəaliyyəti piyadaların həyatını təhlükə altına atır.
Belə ki, rayonun 28 May küçəsində fəaliyyət göstərən “Chai City” adlı kafe, onsuz da, yolun çiynində yaradılan parklama yerinə görə daralan səkini zəbt edib. Zəbt edib ilin isti aylarında kənarlarına kol-kos yığdığı səkinin hissəsinə 3-5 masa qoyub müştərilərinə obyektin çölündə də xidmət göstərən sahibkar piyadaların hərəkəti üçün nəzərdə tutulmuş ərazini də özəlləşədirib. Sahibkarın bu cür qanunazidd davranışı sosial şəbəkələrdə sərt tənqid edilib.

COP-29 beynəlxalq konfransının təşkilinə 1 aydan az vaxt qalmış şəhərə gələn qonaqların paytaxtın mərkəzi küçələrində sahibkarların bu cür özbaşınalıqlarını görməsi, ümumilikdə ölkədəki vəziyyətlə bağlı onlarda təsəvvür yaratmağa kifayət edəcək.
Vətəndaşlar bu cür obyektlərin aiddiyyəti qurumlar tərəfindən tezliklə nəzarətə götürülməsini və neqativ halların aradan qaldırılmasını xahiş ediblər.
Səfər
Zolağa baxmadan manevr edən sürücü qəza təhlükəsi yaratdı - VİDEO
“BMW”ni avtobus dayanacağının içində park edən sürücü - 90-AA-346 - FOTO
Bakıda müəmmalı hadisə: Sürücü dayanan zaman qəza törətdi - VİDEO
Yolayrıcını düzgün keçməyən sürücü qəza vəziyyəti yaratdı - VİDEO
Məhdudlaşdırılan sürücülük hüququnu necə geri qaytarmaq olar? – Ekspert AÇIQLADI - VİDEO
“BMW” ilə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı; başına iş gəldi - VİDEO
Maşını öz keyfiylə sürən qadın arxadakı sürücünün səbrini tükətdi - VİDEO
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO










