Səki, yoxsa parkinq? – Piyadalar haradan keçsin? - VİDEO

Qaydalar 14 May 2024 14:37 Oxunub 362
Səki, yoxsa parkinq? – Piyadalar haradan keçsin?   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda dayanma-durma qaydalarını pozan sürücü görüntülənib.

Avtosfer.az xəbər verir ki, izləyicilərimizdən biri bu barədə video çəkərək redaksiyamıza göndərib.

Belə ki, bu gün səhər saatlarında Murtuza Muxtarov küçəsində 99-NZ-374 qeydiyyat nişanlı “KIA Rio” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini səkidə park edib. Bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə mane olub.

Sakinlər deyir ki, ərazidə avtomobillər üçün “Azparkinq”ə məxsus çoxlu yerlər var. Lakin küçənin bu hissəsində demək olar ki, hər gün belə sürücülər səkini parkinqə çevirir.

Qeyd edək ki, burada səkini zəbt edən sürücülərlə bağlı dəfələrlə saytımızda xəbər dərc edilib.

Məhəbbət Tərlanoğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh