Səkidə maşın saxlayan sürücü Sabunçu DYP tərəfindən cəzalandırıldı - VİDEO

Sabunçu rayon DYP Şöbəsinin əməkdaşları səkidə maşın saxlayaraq piyadalara çətinlik yaradan "Toyota" markalı, 90-MB-773 dövlət nömrə nişanlı avtomobilin sürücüsünü dərhal aşkar ediblər. Sürücü Tofiq İzatullayev avtomobili səkidə saxladığına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 2 bal 60 manat məbləğində cərimə olunub.
Vətəndaşlar polisin göstərdiyi bu operativ reaksiyaya görə DİN-ə təşəkkürlərini bildiriblər. Ərazi DYP əməkdaşları tərəfindən nəzarətə götürülüb.
***17:30, 23 may
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində (“Bravo” supermarketin qarşısında) dayanma-durma qaydasını pozan sürücü görüntülənib. Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Belə ki, 90-MB-773 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü piyada səkisini zəbt edib. Nəticədə sürücü piyadaların yolunu kəsərək onlara çətinlik yaradıb. Kadrdan da göründüyü kimi piyada uşaq arabasıyla yolun hərəkət hissəsinə keçərək yoluna davam edib.
Qeyd edək ki, hadisənin görüntüsü sosial şəbəkə paylaşılıb. İstifadəçilər sürücülərin sözügedən səkinin mütəmadi olaraq parkinq zonasına çevrildiyini bildiriblər.
Nərmin
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










