Səkidə maşınlar parklanıb, piyadalar yolla hərəkət etməyə məcburdur - VİDEO

Paytaxtda avtomobillərin səkilərdə park edilməsi halları hələ də ciddi problem olaraq qalır.
Şəhərin mərkəzi küçələrində bu qayda pozuntusuna qarşı müəyyən nəzarət tədbirləri görülsə də, mərkəzdən kənarda vəziyyət əvvəlki kimi qalır.
Avtosfer.az xəbər verir ki, Müzəffər Həsənov küçəsində bu problem açıq-aşkar müşahidə olunur. Burada avtomobillərin səkilərə dırmaşdırılmasəı səbəbindən piyadalar məcburən yolun hərəkət hissəsinə çıxaraq hərəkət edirlər. Bu isə onların həyatını təhlükə altına salır.
Sakinlərin sözlərinə görə, küçə “20 Yanvar” dairəsindən yuxarıda yerləşdiyinə görə nəzarət daha zəifdir və sürücülər bu fürsətdən istifadə edərək avtomobillərini səkilərdə saxlayırlar. Nəticədə həm piyadaların gediş-gəlişi çətinləşir. Səkidə hərəkət etməyə şərait olmadığından piyadalar yolun avtomobillər üçün nəzərdə tutulan hissəsinə düşməyə məcbur qalır. Günün qaranlıq saatlarında isə bu hal ağır qəzalarla nəticələnir.
Eltac Zülfüqaroğlu
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO










