Şəkil və videogörüntü olmadan protokol tərtib edilməməlidir? - AÇIQLAMA

Bəzi hallarda yol polisi əməkdaşlarının videogörüntü və ya şəkil olmadan protokol tərtib etməsi sürücülər tərəfindən narazılığa səbəb olur. Belə ki, bu nüans bəzən sürücü və DYP əməkdaşları arasında münaqişə səbəbinə belə çevrilir.
Bəs videogörüntü və yaxud şəkil olmadan protokolun tərtib edilməsi qanunidirmi?
Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans-a açıqlamasında bu problemlə bağlı danışıb.

“Yol hərəkəti” haqqında qanunun tələblərinə görə, bəzi xətalar var ki, onlar xüsusi texniki vasitələrlə - radar və kameralarla qeydə alınmalıdır və protokol da ona əsasən tərtib olunmalıdır. Lakin elə xətalar var ki, bunu yol polisi vizual şəkildə də aşkar edərək cərimə yaza bilər. Məsələn, yol polisinin dayandığı yerdə sürücü qoşa xəttin tələbini pozur, piyadaya yol vermir, qırmızı işıqda hərəkət edir, təhlükəsizlik kəmərini taxmayıb və yaxud da mobil telefonla danışır. Bunları yol polisi görürsə, aşkarlayıb cərimə yaza bilər. Bəzi sürücülər var ki, onlar məhz insident yaratmaq üçün polisdən görüntü tələb edərək səs-küy salmağa və özlərini haqlı çıxarmağa çalışırlar. Lakin hər cərimə görüntü ilə tətbiq olunmaq məcburiyyətində deyil”.
Ekspert qeyd edib ki, bu cür mübahisəli məsələlərdə qanunun tələbinə uyğun olaraq əsasən vətəndaşın xeyrinə qərar çıxarılsa da, vətəndaş nəzərə almalıdır ki, bu qaydalara əməl etmək onun öz təhlükəsizliyi üçün önəmlidir.
“Belə münaqişəli halların araşdırılmasın mən də iştirak etmişəm. Bəzi vətəndaşlar cərimədən boyun qaçırmaq məqsədilə polisə qarşı ağlasığmaz hərəkətlər edir, şərt atır. Onlar düşünürlər ki, qaydalara əməl etmirəmsə, öz həyatımı təhlükəyə atıram və buna heç kim qarışa bilməz. Lakin bu belə deyil, sürücü bilməlidir ki, hər əməl edilməyən qayda təkcə onun deyil, avtomobildə olan digər şəxslərin, həmçinin digər yol hərəkəti iştirakçılarının da həyatını təhlükəyə atır”.
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












