Səkini parkinqə çevirib piyadaların yolunu kəsən sürücülər cərimələndi - VİDEO

Paytaxtın Nəsimi rayonu Məmmədcəfər Cəfərov küçəsində sürücülər maşınları səkidə park edib piyadaların yolunu kəsir.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın qaynar xəttinə videomateriallar göndərib. O bildirib ki, sözügedən küçədə səkidən sürücülər mütəmadi olaraq parklanma zonası kimi istifadə edirlər. Görüntüdən də aydın olduğu kimi, 10-AX-211 dövlət nömrə nişanlı “Mercedes G63” markalı, 10-NY-148 dövlət nömrə nişanlı “Volkswagen Jetta” markalı, 44-CE-413 dövlət nömrə nişanlı “Ford Transit” markalı, 99-CT-972 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri səkini zəbt ediblər. Hətta 99-JG-952 dövlət nömrə nişanlı “Isuzu” markalı yük maşınının sürücüsü vətəndaşların yolunu tamamilə kəsib və onlar bordürə çıxaraq getməli olublar.
Şikayətçinin sözlərinə əsasən, qayda pozan sürücülər yaxınlıqdakı 159 saylı tam orta məktəbin şagirdlərinə də təhlükə yaradırlar.
Qeyd edək ki, qayda pozan sürücülər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunub.
Nərmin
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










