Şər qarışan kimi artan qanun pozuntuları: “20 Yanvar” dairəsində ikinci zolaq zəbt edilir - VİDEO

Paytaxtın şimal girişində yenə qaydaları heçə sayan sürücülər peyda olub. Avtosfer.az xəbər verir ki, Bakının “20 Yanvar” dairəsinin yaxınlığında uzun illərdir fəaliyyət göstərən və qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülər qaydaları açıq-aşkar pozmağa davam edirlər.
Belə ki, bir müddət əvvəl Tbilisi prospektinə çəkilən avtobus zolaqları “manatlıq” taksi və avtobusların fəaliyyətinin məhdudlaşması ilə nəticələndiyi üçün günlərlə mediada həmin ərazidən Sumqayıt və həmin istiqamətdəki qəsəbələrə hərəkət edən vətəndaşların aqibəti ilə bağlı materiallar hazırlanırdı. Dəfələrlə bu mövzuda açıqlama verən mütəxəssislər vətəndaşlara Bakı Beynəlxalq Avtovağzalından istifadəni məsləhət görsələr də, narazılıq davam edirdi.
“20 Yanvar” dairəsi ətrafında günorta saatlarında yol polisinin nəzarətinə görə əraziyə yaxınlaşmayan “manatlıq” taksi və avtobuslar isə axşam saatlarında bir-bir, iki-iki avtobus zolağına girməyib nəqliyyat vasitələrini ikinci zolaqda parklayaraq prospektdə sıxlıq yaradır, tıxaca səbəb olurlar. Sosial şəbəkələrdə yayılan görüntülərdən də aydın görünür ki, vətəndaşlar həmin sürücülərin qanunazidd davranışlarından narazıdırlar və bununla bağlı adiyyəti qurumların nəzarətinin güclənməsini gözləyirlər.
Həmin videonu sizə təqdim edirik:
Səfər
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










