Sərnişin avtobusunun sürücüsü əks yola çıxıb qırmızıda keçdi - VİDEO - YENİLƏNİB

"Sosial şəbəkələrdə yayılmış görüntülərlə bağlı tərəfimizdən araşdırma aparılıb".
Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyev verib.
"Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb. Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda sürücünün özü ilə yanaşı sərnişinlərin, eləcədə digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.
Sürücülərin diqqətinə bir daha çatdırırıq ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl etsinlər", - deyə E.Hacıyev vurğulayıb.
***10:00
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan avtobus sürücüsünün görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 515 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən 50-AE-205 qeydiyyat nişanlı "İsuzu" markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. O, daha sonra svetoforun qırmızı işığında dayanmadan hərəkətinə davam edib.
Sözügedən videonu təqdim edirik.
Fərid
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












