Sərnişin dolu avtobusda siqaret çəkən sürücü kötüyünü də yola atdı - VİDEO

Abşeron rayonu, Masazır dairəsində küçəni zibilləyən avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, 535 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 50-AG-967 dövlət nömrə nişanlı “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü işıqforun qırmızı işığında dayanarkən siqaret çəkib. Ardınca o, əlindəki siqaret kötüyünü yola atıb.
Qeyd edək ki, qapalı məkanlarda siqaret çəkmək qanunvericiliyə əsasən qadağandır. Xüsusilə sürücülər arasında bu xətanı törədənlərə sıx rast gəlinir. Hətta avtobuslarda siqaret çəkməyi qadağan edən məlumatlandırıcı işarələr var. Lakin bir qisim sürücülər buna əhəmiyyət vermədən və sərnişinləri heçə sayaraq avtobusu tüstüyə məruz qoyur.
Xatırladaq ki, qapalı məkanlarda siqaret çəkmək 50 manat cəriməylə nəticələnir. İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə isə fiziki şəxlər 300 manat məbləğində cərimələnə bilər.
Nərmin
"AA" seriyalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - FOTO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










