Sərnişin oturacağında əyləşən bu şəxslər telefona görə cərimələnə bilər- AÇIQLAMA - VİDEO
Qaydalar 7 Yanvar 2021 09:15 Oxunub 17754
Sərnişin oturacağında əyləşən bu şəxslər  telefona görə cərimələnə bilər- AÇIQLAMA  - VİDEO

Son zamanlar sürücü təlimçilərinin kobud qayda pozuntuları ilə bağlı videolara sosial şəbəkədə tez-tez rast gəlirik. Təlimçilər sürücülüyü öyrənən şəxsə avtomobilin idarə edilməsini mükəmməl şəkildə öyrətmək əvəzinə, sanki onlara qayda pozmağı aşılayır və pis nümunə olmağa çalışırlar. Avtosfer.az xəbər verir ki, bu cür təlimçilərdən biri də Pərvanə adlı xanımdır.

Sosial şəbəkədə yayılmış videodan görünür ki, adıçəkilən təlimçi xanım nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla video çəkiliş aparır və sürücülüyü öyrənən şəxslərlə kənar danışıqlar apararaq onların fikrini yayındırır.

Təlimçilər sükan arxasında olmadıqları halda telefondan istifadə edə bilərlər?

Hüquqşünas Ərşad Hüseynov bu məsələ ilə bağlı “Düzgün Hərəkət” verilişində açıqlama verib: “Qanunvericiliyə görə təlim prosesi zamanı təlim alan tələbə və avtomobilin sərnişin yerində əyləşmiş təlimçi sürücü sayılır. Yəni hər iki şəxs sürücü statusunu daşıyır. Bununla bağlı Konstitusiya məhkəməsinin və Ali məhkəmənin qərarları da var”.

Ərşad Hüseynov bildirib ki, təlim prosesi zamanı təlimçi sürücü sayıldığı üçün nəqliyyat vasitəsinin hərəkəti zamanı telefondan istifadə edə bilməz. Əgər istifadə edərsə inzibati qaydada məsuliyyətə cəlb oluna bilər.

Təbriz Yusubov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh