Sərnişinə görə sürücü niyə cərimə olunur? - VİDEO

Statistik məlumatlar göstərir ki, motosiklet qəzalarında ölüm riski xeyli yüksəkdir. Bu riski azaltmağın yollarından biri motodəbilqədən istifadədir. Təkcə motosiklet sürücüsü yox, sərnişinin də kaska taxması qəzaların ağır nəticəsi ilə yanaşı, onları yüksək cərimədən də azad edə bilər. Avtosfer.az xəbər verir ki, 2014-cü il ərzində Bakıda baş verən 19 motosiklet qəzasında 11 nəfər ölüb, 6 nəfər də ağır xəsarət almışdı. Motosiklet qəzalarında ölüm riskinin çox olduğunu göstərən statistika kaska taxmağın əhəmiyyətini gündəmə gətirir. Mayın 1-də qüvvəyə minəcək İnzibati Xətalar Məcəlləsində kaska taxmadan motosiklet sürənlər və sərnişinləri də yeni qayda ilə cərimə olunacaq, onlara elektron protokol tərtib ediləcək.
Yeni qaydalara görə sərnişinin kaska taxmamasına görə motosiklet sürücüsü də məsuliyyət daşıyacaq.
Əvvəllər sərnişin kaska taxmadığına görə 30 manat cərimə edilirdi. Yeni məcəllədə isə sərnişinə cərimə 10 manata endirilib, sürücünün cəriməsi 40 manat müəyyən edilib. Əsas səbəb odur ki, sürücünü asanlıqla müəyyən etmək olur.
Sərnişinlə bağlı isə vizual axtarışdan başqa yol yoxdur. Sonradan sərnişinin kimliyini müəyyən etmək çətin olduğundan, onun da cəriməsini sürücü ödəməlidir
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












