Sərnişinləri ölümə aparan avtobuslar aşkarlandı - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəzəyyətini yoxlamaq məqsədi ilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut xətləri üzrə mütəmadi olaraq montitorinqlər keçirilir. Agentliyin İctimai əlaqələr və maarifləndirmə şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.
15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 dövlət nömrə nişanlı avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü Agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, bele halların təkrarlanacağı təqdirdə Agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.
44 nömrəli marşrut xətti üzrə 90-UN-516 dövlət nömrə nişanlı avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtdan aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.
173 nömrəli marşrut xətti üzrə 10-TF-428 dövlət nömrə nişanlı avtobusun sürücüsü Azər Abışov "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama hallına yol verib. Sürücü sürücü və daşıyıcı Agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha bele halların baş verəcəyi təqdirdə Agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.
Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.
Elmin
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




















