Sərxoş halda mikroavtobus sürən şəxs yol polisini aldatmaq üçün görün nələr etdi; 1300 cərimə - VİDEO

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sərxoş sürücü içdiyi spirtli içkinin təsirini itirmək üçün butulkalarla su içsə də cərimədən qurtula bilməyib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Aksaray şəhərində baş verib.
Belə ki, yol patrul xidmətinin əməkdaşları Nakkaş küçəsində 68-S-0136 dövlət nömrə nişanlı mikroavtobusun yolda sağ-sol manevrlər etdiyini görüblər. Mikroavtobusu izləyən polis əməkdaşları qısa təqibdən sonra xidməti maşının sürücüsünə “Saxla” xəbərdarlığı ediblər. Nəqliyyat vasitəsini sağa çəkərək saxlayan sürücü polis əməkdaşları tərəfindən dindirilib və mikroavtobusun texniki baxışdan keçirilmədiyi müəyyən edilib.
Mikroavtobusa baxış keçirdikdən sonra 38 yaşlı A.A-nın üzərində yoxlama aparan polislər daha sonra onu alkotesterlə yoxlamaq istəyiblər. Uzun müddət polis əməkdaşlarını alkotesterə üfürməməyə razı salmağa çalışan sürücü polis əməkdaşlarını onun çörəyi ilə oynamaqda günahlandıraraq, "Rəis, üfləməyim, Allaha qurban olum. Bu mənim çörəyimdir, çörəyimlə oynayırsan" - deyən sərxoş sürücü içdiyi spirtli içkinin təsirini itirmək üçün butulkalarla su içib.
Vaxt qazanmaq üçün alkotesterə üfürməyən sürücü sonda buna razılaşıb. Testdən keçirilən sürücü 1,24 promil sərxoş olduğu müəyyən edilib.
Hadisə yerinə gələn digər polis əməkdaşları tərəfindən saxlanılan sürücü ifadə vermək üçün bölməyə, xidməti mikroavtobus isə evakuatorla dayanacağa aparılıb.
Sürücü və maşın sahibi ümumilikdə 30 min lirə (1306 manat) məbləğində cərimə olunublar.
Bundan başqa, sürücü barəsində qanunamüvafiq iş başlanılıb və vəsiqəsi 6 ay müddətinə əlindən alınıb.
Namiq Musayev
Bakı küçələrində “Hyundai”la “şou” göstərən sürücü – 90-VK-085 - VİDEO
Təhlükəli ötmə edən “Land Rover” sürücüsü az qala ağır qəza törədəcəkdi - REAL VİDEO
Qəza şəraiti yaradan avtobus sürücüsü əl-qol atıb qarşı tərəfi haqsız çıxardı - VİDEO
Bir həftəlik qazancını 30 saniyəyə qurban verən moto kuryer - VİDEO
Qabağa düşmək istəyən taksi sürücüsü əks yola çıxıb ötmə etdi - VİDEO
Sərxoş halda maşın sürən məşhur müğənni saxlanıldı
Avtobusu qulağında telefon idarə edən sürücünü vətəndaş İFŞA ETDİ - VİDEO
Masazırda özünə yer tapa bilməyən sürücü ard-arda qaydaları pozdu - VİDEO
Maşını yolun ortasında park edən sürücü hərəkətə çətinlik yaratdı - VİDEO
Keçiddə təhlükəli anlar: Sürücü az qala piyadanı vuracaqdı - REAL VİDEO
Getdiyi yerdə qəfil tormoz verən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO










