Sərxoş halda qəza törədən sürücü yenidən içkili halda tutuldu; 4500 manat cərimə - VİDEO

Sərxoş vəziyyətdə avtomobil idarə edən və polisin “Saxla” əmrinə tabe olmayan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib.
Belə ki, Səlcuqlu rayonu, Səlahəddin Əyyubi küçəsində xidmət aparan yol polisi əməkdaşları 42-CME-70 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı minik avtomobilinə “Saxla” əmri veriblər. Lakin sürücü M.C. polisin tələbinə məhəl qoymayaraq uzaqlaşmağa çalışıb. Uzun sürən təqibdən sonra polis əməkdaşları avtomobili saxlayıblar.
Tibbi müayinədən keçirilən M.C-nin 1,34 promil sərxoş olduğu məlum olub. Bundan əlavə onun 6ı ay əvvəl içkili vəziyyətdə yol-nəqliyyat hadisəsi törətdiyinə görə sürücülük hüququndan məhrum edildiyi də üzə çıxıb.
Polis əməkdaşları sürücüyə ümumilikdə 4 min 454 manat cərimə kəsiblər.
Namiq Musayev
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












