Sərxoş halda sərnişin daşıyan sürücü tormoz verib avtobusu ötməyə qoymadı - VİDEO

Kobud qayda pozan sürücünün görüntüsü sosial şəbəkədə qınaq obyektinə çevrilib.
Avtosfer.az xəbər verir ki, hadisə fevralın 8-i günorta saatlarında qeydə alınıb. Videodan göründüyü kimi, 99-VZ-031 dövlət nömrə nişanlı “Mercedes Vito” markalı minik vasitəsi yolun sol zolağını zəbt edib. Şikayətçinin iddiasına görə, sürücü içkili halda sükan arxasında əyləşib və anidən tormoz verərək onun ötməsinə əngəl törədib. Avtobus sürücüsü xəbərdarlıq məqsədilə dəfələrlə siqnal verdiyini və nəqliyyat vasitəsinin işığını yandırıb-söndürdüyünü qeyd edib. O bildirib ki, bu zaman qayda pozan “Vito” sürücüsü güzgüyə baxaraq gülüb və yenidən qayda pozmağa davam edib. Həmçinin şikayətçi, sürücünün sərnişin daşıdığını əlavə edib.
“Yol Hərəkəti Haqqında” qanunun 49 maddəsinin ilk bəndində qeyd olunub ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır.
Nərmin
Avtobus sürücüsündən TƏHLÜKƏLİ MANEVR: Qəza şəraiti yarandı - VİDEO
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO










