Sərxoş halda yaxalanan gənc sürücü yol polisinə belə yalvardı - VİDEO

Sərxoş vəziyyətdə yol polisinə yaxalanan gənc sürücünün yalvarışları onu cərimə olunmaqdan xilas etməyib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyədə, Burdur-Fethiyə magistral yolunda keçirilən reyd zamanı baş verib. Belə ki, 21 yaşlı sürücü idarə etdiyi 07-GYS-48 nömrə nişanlı “Honda” markalı avtomobil yol polisi əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri yoxlanılan gənc daha sonra alkoqol testindən keçirilib. Yoxlama zamanı gənc sürücünün 1,97 promil sərxoş olduğu müəyyənləşib.
Sürücülük vəsiqəsinin əlindən alınacağını eşidən sürücü buna etiraz edərək yalvarmağa başlayıb: “Həyatımda ilk dəfədir ki, bunu edirəm. Heç kimin üzünə baxa bilmirəm. Sakitcə dönüb evə gedim, xahiş edirəm bunu etməyin”.
Polis tərəfindən həyata keçirilən prosedurlardan sonra onun sürücülük vəsiqəsi 6 ay müddətinə müsadirə edilib və 370 manat məbləğində inzibati cərimə tətbiq edilib. Daha sonra o, dindirilmək üçün polis bölməsinə aparılıb və avtomobili dayanacağa aparılıb.
Namiq Musayev
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar - VİDEO
Masazırda qaydalardan xəbərsiz sürücü az qala qəza törədəcəkdi - VİDEO
Bu küçədə səki ilə hərəkət çətinləşib - Addımbaşı maşınlar park edilib - FOTO










