Sərxoş qadın sürücü polisə şok yaşatdı; atəş açıb tutdular, 10 sutka həbs verildi - VİDEO

Sürücülük vəsiqəsiz və sərxoş vəziyyətdə polisin “Saxla” əmrinə tabe olmayan qadın sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Vladivostok şəhərində baş verib. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
İdarədən bildirilib ki, “Mitsubishi Colt” markalı avtomobilin qadın sürücüsü Lazurnaya küçəsində təhlükəli manevrlər edib. Dövlət Yol Müfəttişliyinin əməkdaşları ona saxlamağı əmr etdikdə o, buna məhəl qoymayaraq yoluna davam edib və qaçmağa cəhd edib.
Bundan əlavə, təqib zamanı qadın yol hərəkəti qaydalarını kobud şəkildə pozub, fövqəladə vəziyyətlər yaradıb və səsgücləndirici vasitəsilə hüquq-mühafizə orqanlarının əməkdaşlarının çağırışlarına məhəl qoymayıb.
Məlumatda həmçinin deyilir ki, avtomobili saxlamaq məqsədi ilə yol polisi müfəttişi xidməti silahından istifadə edərək maşının təkərlərinə iki əl atəş açıb. Sürəti azalan avtomobil yavaşlayıb və 41 yaşlı qadın sürücü avtomobildən düşürülüb. O, alkoqol test müayinəsindən imtina edib və polisə müqavimət göstərib. Buna baxmayaraq o, saxlanılıb.
Qadın sürücü İXM-nin müvafiq maddələri ilə cərimə protokolu tərtib edilib. Bundan başqa, ona 10 sutka həbs cəzası verilərək təcridxanaya salınıb.
Namiq Musayev
Narkotik qəbul edib maşın qaçırdı - Rayona gedəndə postda tutuldu
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hərbi xidmətə getməyə hazırlaşan gənc "BMW" ilə "avtoş"luq etdi - Məhkəməyə düşdü
Keçiddən keçən piyadanı görməzdən gəlib yoluna davam etdi - VİDEO
Yol polisinin yanında avtobus zolağına girən "Ferrari" saxlanıldı - FOTO - VİDEO
Motosikletin qabağına qəfil çıxan yük maşını qorxulu anlar yaşatdı - VİDEO
Bu qəzada günahkar kimdir; sürücü, yoxsa piyadalar? – Ekspert İZAH ETDİ - VİDEO
Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO
"ZİL" sürücüsü narkotikin təsiri altında SAXLANILDI - Ekologiya postunda - FOTO
Tıxacdan qaçan sürücü parkinq zolağına keçdi – 99-HQ-022 - VİDEO










