Sərxoş sürücü maşını yanacaqdoldurma məntəqəsinə vurdu - VİDEO

Bakının Nizami rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 28 yaşlı Rzayev Samir Akif oğlu idarə etdiyi "10-UO-528" dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobillə Elşən Süleymanov küçəsində hərəkətdə olarkən sürət həddini aşdığı üçün idarəetmədən çıxıb. Nəticədə maşın əvvəlcə yol kənarındakı səkiyə çırpılıb. Bu zaman avtomobilin ön təkəri qırılıb. Ardınca avtomobil Rüstəm Rüstəmov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsinin beton səddinə dəyib. Qəza nəticəsində avtomobildə olan sürücü S.Rzayev və 28 yaşlı sərnişin Ağayev Yavər Baloğlan oğlu xəsarət alıb. Hər iki yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, Y.Ağayevin vəziyyəti ağırdır. Hadisə yerinə Nizami Rayon Dövlət Yol Polis şöbəsinin əmməkdaşları gəlib. Müəyyən olunub ki, hadisəni törədən sürücü S.Rzayev maşını sərxoş vəziyyətində idarə edib. Qəzaya uğramış avtomobil cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












