Sərxoş sürücü qarşı yola çıxıb ağır qəza törətdi - FOTO

Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində sərxoş sürücü qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Şahin Qasımov idarə etdiyi 10-XJ-989 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil ilə yol hərəkəti qaydasını kobud şəkildə pozaraq əks yola çıxıb və bu zaman qarşı zolaqda hərəkətdə olan 1991-ci il təvəllüdlü Paşayev Babək İxtiyar oğlunun sükanı arxasında olduğu 99-LR-742 dövlət qeydiyyat nişanlı "Mercedes"in sol yan hissəsinə çırpılıb. "Hyundai" toqquşmadan sonra beton çəpərə çırpılaraq deformasiyaya uğrayıb. Zərbənin gücündən "Mercedes"in arxa təkərləri qırılıb və maşın bir neçə dövrədən sonra ağaca dəyərək dayanıb. "Mercedes"in sürücüsü B.Paşayev və 1991-ci il təvəllüdlü sərnişini Rzayev Paşa ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzanı törədən sürücü isə üz nahiyəsindən yüngül xəsarətlər aldığından ona təcili yardım xidməti tərəfindən ilkin yardım göstərilib. Faktla bağlı əraziyə Yol və Post Patrul xidmətlərinin əməkdaşları cəlb edilib. İlkin araşdırma zamanı Ş.Qasımovun avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib. Buna görə də, sürücü sərxoşluğun yoxlanılması məntəqəsinə aparılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO




















