Sərxoş sürücülərlə polis arasında gərgin anlar - FOTOLAR + VİDEO

Sərxoş halda sükan arxasında əyləşərək özü, sərnişinləri və ətrafdakılar üçün təhlükə yaradanlar bu dəfə də yol polisi əməkdaşlarının hədəfində olub. Göygöldə keçirilən reyd zamanı spirtli içki qəbul edən sürücülərlə qanun keşikçiləri arasında mübahisələr də qaçılmaz olub. Reydi Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı şəhərindən ezam etdiyi əməkdaşları ilə Göygöl rayon Dövlət Yol Polisi bölməsi birgə keçirib. Hədəf kimi hərkətin intensivliyi müşahidə olunan Gəncə-Toğanalı və Gəncə-Topalhəsənli avtomobil yolları seçilib. Yol polisləri yol-hərəkəti qaydalarını pozan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı barışmaz mövqe tutublar. Reyd zamanı sərxoşluq əlamətləri olan sürüclər özlərinə haqq qazandırmağa çalışıblar. Hətta, bəzi hallarda polisə müqavimət göstərməyə cəhd edənlərə də rast gəlinib.
Bəzi sürücülər isə sərxoş olmalarını etiraf etsələr də, yazılan protokollarda qeyd edilən cərimə ilə razılaşmayaraq mübahisə yaradıblar. Bütün etirazlara baxmayaraq sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb. Eləcə də, yol polisinə qarşı zor tətbiq etməyə cəhd göstərənlər əməliyyat qrupu tərəfindən polis şöbəsinə aparılıb.
İsa Deystani - BDYPİ-nin baş inspektoru, polkovnik-leytenant: “Bizim əsas məqsədimiz sürücüləri maarifləndirməkdir, onları və digər hərəkət iştirakçılarını bədbəxt hadisələrdən qorumaqdır. Sizin vasitəsinizlə bir daha sükan sahiblərinə müraciət edərək onları sərxoş avtomobil idarə etmədən yayındırmağa çağırıram. Əks halda qanunun tələbləri qaçılmazdır”.
Reyd zamanı 20-yə yaxın sürücü sükan arxasına sərxoş oturduğu üçün məsuliyyətə cəlb edilib. Yol polisinin bu istiqamətdə tədbirləri davam edir.
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












