Sərxoş vəziyyətdə moped sürən şəxs saxlanıldı - VİDEO

Sayı sürətlə artmaqda olan moped istifadəçiləri arasında intizamsızlığa yol verən sürücülərə qarşı mübarizə tədbirləri davam edir.
Avtosfer.az xəbər verir ki, Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları tərəfindən bu sahədə aparılan nəzarət-profilaktik tədbirlər zamanı təhlükəsizlik dəbilqəsini geyinmədiyi üçün saxlanılan moped sürücüsünün sərxoş olduğu aşkarlanıb.
Təəssüf ki, mopedin sükanı arxasına sərxoş vəziyyətdə əyləşən Xaçmaz rayon sakini Hüseyn Nəzərli bu əməli ilə nəinki özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını real təhlükəyə atmasının fərqinə varmayıb.
Qeyd edək ki, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri tərəfindən cari ilin 11 ayı ərzində respublika üzrə 46 yol-nəqliyyat hadisəsi törədilib ki, nəticədə 16 nəfər həyatını itirib, 34 nəfər isə xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!
İkisi də qayda pozdu; üzr istəmək əvəzinə qışqırıb özünü haqlı saydı - VİDEO
Qəzaya düşən deputat KİMDİR?
Nərimanovdakı 2 zolaqlı küçədə parklanan maşınlar tıxac yaradır - VİDEO
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO












