“Şeyx Lahmacun”un kuryerləri səkidə hərəkət edir - Piyadalar ŞİKAYƏTÇİDİR - VİDEO

Paytaxtın bir sıra ərazilərində bəzi motosiklet, moped və velosiped sürücüləri yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Belə ki onlar səkidə piyadalarla bərabər hərəkət edirlər.
Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində də bu cür xoşagəlməz mənzərə hökm sürür.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərib. Kadrdan da göründüyü kimi, kuryer xidməti göstərən motosiklet, moped və velosiped sürücüləri piyadalar üçün nəzərdə tutulmuş səkini zəbt ediblər. Belə ki, onlar sifarişi müştəriyə tez çatdırmaq üçün səkiylə hərəkət edərək sözügedən küçədə fəaliyyət göstərən “Şeyx Lahmacun” adlı iaşə obyektinə yaxınlaşırlar. Bu azmış kimi qayda pozan sürücülər nəqliyyat vasitələrini dəqiqələrlə səkidə park edirlər. Mövcud vəziyyətin piyadaların hərəkətinə əngəl törətdiyini bildirən izləyici ərazidə demək olar ki, hər gün eyni xoşagəlməz halın yaşandığını bildirib.
Nərmin
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO
Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi - FOTO
Sürücünün qaydaları kobud şəkildə pozmasının ANBAAN VİDEOsu
Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı - VİDEO








