Sığorta şirkətindən pul qoparmaq istəyən sürücünün ifşası: Kameraları görüb qaçdı - VİDEO

Son illərdə inkişaf etmiş ölkələrdə yeni fırıldaqçılıq üsulu yayılıb. Eyni üsuldan artıq Azərbaycanda da istifadə etməyə çalışanlar var.
Avtosfer.az xəbər verir ki, bəzi sürücülər sığorta şirkətindən əlavə pul əldə etmək üçün fərqli üsullara əl atır.
Belə ki, sığorta şirkətlərindən pul qoparmağa çalışan bəzi sürücülər idarə etdikləri nəqliyyat vasitəsini qəfil geriyə hərəkət edirərək, arxadan gələn nəqliyyat vasitəsinə çırpırlar. Həmin şəxslər elə düşünür ki, illər əvvəl dünyanın bir çox yerində nəqliyyat sistemindəki “avtomobilə arxadan çırpılan qanunu pozub” psixologiyası hələ də aktualdır. Bu şəxslər unudur ki, artıq texnologiya inkişaf edib, ölkənin hər yerində, demək olar ki, təhlükəsizlik kameraları yerləşdirilib, eləcə də artıq bir çox nəqliyyat vasitələrində videoregistrator quraşdırılıb. Bütün halarda qaydaların kim tərəfindən pozulduğu faktlarla sübut olunduqdan sonra hadisəyə səbəb olan şəxs cərimələnir və sığorta ödənişi də yalnız yol polisinin rəyi əsasında edilir.
Məsələ ilə bağlı sığorta eksperti Vüsal Bədəlov saytımıza müsahibəsində bildirib ki, bu hallarda əsas məsuliyyət sığorta şirkətinin qəza komissarlarının və hadisə ekspertlərinin üzərinə düşür:

“Hadisə və onun törədilməsi ilə bağlı günahkar tərəfin düzgün təyin edilməsi ilkin məqsədlərdən biridir. Bu hallarda sığorta şirkəti kimi, yol polisinin də üzərinə böyük məsuliyyət düşür. Burada yol polisinin hadisəni düzgün qiymətləndirməsi və qəzanın planlaşdırılmış, yaxud planlaşdırılmamış olmasını müəyyən edən sənədin, yəni “Forma-4”ün doğru şəkildə tərtiblənməsi əsas şərtdir. Belə olan halda sığorta şirkətinin komissarları və hadisə ekspertləri də məsələyə daha diqqətli yanaşmalı olurlar və çalışırlar ki, sui-istifadə hallarının qarşısı alınsın. Nəinki bizdə, bütün dünyada belə təcrübə var. Bu cür faktlar süni yolla varlanmanı sürətləndirir. Qanunvericiliklə bu hallar xırda xuliqanlıq hesab edilir. Belə saxta qəzalar törədən şəxslərlə bağlı sığorta şirkətinin hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var”.
Vüsal Bədəlov sonda qeyd edib ki, bu cür hallar dəfələrlə baş verib və sığorta şirkətlərinin belə dələduzlarla bağlı şikayətləri əsasında hüquqi müstəvidə cəza tədbirləri görülüb.
Səfər
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










