Siqaret çəkib telefonla danışan avtobus sürücüsünü vətəndaş İFŞA ETDİ - AYNA-dan AÇIQLAMA - VİDEO

Yanvarın 9-da paytaxtda fəaliyyət göstərən 113 nömrəli marşrut avtobusunda həm siqaret çəkən, həm də telefonla danışan sürücü ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) açıqlama verilib.
Məlumatda qeyd olunub ki, müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunu idarə edən sürücünün sükan arxasında telefondan istifadə etməsi qayda pozuntusu olmaqla yanaşı daşımaların təhlükəsizliyi baxımından da risk yaradır:
"Qeyd olunan qayda pozuntularına qarşı inzibati tənbeh tədbirinin görülməsi AYNA-nın səlahiyyətinə aid olmasa da, sözügedən marşrut xətti üzrə daşıyıcıya tərəfimizdən xəbərdarlıq edilib. Daşıyıcıya, həmçinin sərnişindaşıma norma və qaydalarına ciddi riayət edilməsi, araşdırma aparılaraq sürücü barədə tədbir görülməsi ilə bağlı tapşırıq verilib".
***12 yanvar, 15:11
Paytaxtdakı avtobuslardan birinin sürücüsünün pozduğu qayda vətəndaşı narahat edib. O qarşılaşdırığı mənzərəni telefonu ilə qeydə alaraq Avtosfer.az-ın sosial şəbəkə hesabına göndərib.
Belə ki, vətəndaş şikayətində bildirib ki, Nizami rayonu ilə Suraxanı rayonu arasında işləyən 113 nömrəli marşrut xəttində bu mənzərə ilə vaxtaşırı rastlaşmaq mümkündür. Bu dəfə isə həmin marşrut xəttinin 10-TG-387 nömrə nişanlı “Daewoo” markalı avtobusunun sürücüsü eyni anda bir neçə qaydanı pozub.

Sürücü avtomobili telefondan istifadə edərək idarə edib. Digər tərəfdən bir neçə dəqiqədən bir siqaret çəkib. Bu azmış kimi, sürücü irad bildirən, dayanacaqda düşmək istəyən sərnişinlərə də kobud cavab verib. Hadisə bu ilin yanvar ayının 9-u yaşanıb.
Vətəndaşlar marşrut rəhbərliyindən, eləcə də aidiyyəti dövlət qurumlarından sürücülərin fəaliyyətini vaxtaşırı nəzaərtdə saxlamalarını və qayda pozanların intizama cəlb olunmalarını tələb edir.
Səfər
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO
Özünü "avtoş" kimi aparan səfirliyin sürücüsü təhlükə yaratdı - VİDEO










