Siqnaldan oyuncaq kimi istifadə edən sürücü - Bu hərəkətin cəriməsi var - VİDEO

Səs siqnalından lüzumsuz yerə istifadə edən sürücülərin sayı əvvəlki illərə nisbətdə azalsa da, çox təəssüf ki, belə sürücülərə hələ də rast gəlmək olur. Avtosfer.az xəbər verir ki, səs siqnalından istifadə qaydasını pozan sürücülərdən birinin görüntüsü kameraya düşüb. Videogörüntü oktyabrın 23-də, paytaxtın Mikayıl Müşviq küçəsində qeydə alınıb.
Belə ki, görüntünü qeydə alan sürücü qarşıda yaranan maneə ilə bağlı sürəti azaldıb. Bu zaman arxadan gələn 99-TM-780 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü səs siqnalından istifadə edərək qaydaları pozub. O, siqnal verərək qarşıdakı sürücüyə sürəti artırmağı tələb edib. Lakin özü həmin yerə çatan zaman qarşısındakı maneəyə görə sürəti azaltmağa məcbur olub. Bəzən tıxac zamanı sürücülər qarşıda hərəkətin dayandığını görsə də səs və işıq siqnallarından lüzumsuz yerə istifadə edərək digər insanların əsəblərini korlayırlar. Qeyd edək ki, bu, kənardan olduqca pis görünür və etik sayılmayan hərəkət hesab olunur.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, səs siqnalı 2 halda işlənə bilər:
1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Yuxarıda göstərilən hallar istisna olmaqla səs siqnalından istifadəyə görə, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsilə 30 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












