Skuterləri düzgün parklanmayanlara qarşı cərimə tətbiq edilə bilər – AÇIQLAMA - VİDEO

Paytaxtda skuterlərin harda gəldi saxlanması mövzusu son günlər həlli problemi daha da aktuallaşıb.
Avtosfer.az xəbər verir ki, Bakı şəhərində tətbiq edilən yeniliklər, nəqliyyatın funksionallığı üçün atılan addımlar şəhərdə nqəliyyatın işini yüngülləşdirmək üçün görülən işlərin əsasını təşkil edir. Skuter kirayəsinin şəhər sakinlərinin bir qismini də olsa tıxacdan canını qutarmasına kömək edir. Atılan addımlar müəyyən məqsədə xidmət etsə belə, mütləq bu addımların qarşılığında sanki xaotik vəziyyət yaratmağı sevən və belə addımları özünə peşə edinən adamlar ortaya çıxır. Belə ki, təşkil edilən kirayələmə xidmətləri arasında təkcə şirkət olaraq fəaliyyət göstərənlər deyil, həm də fərdi sahibkarlıqla məşğul olan və öz skuterini icarələyənlər də var. Özəl şirkətlərin skuterlərini şəhərin müxtəlif hissələrində səliqəli şəkildə düzülmüş halda görsək də, fərdi sahibkarlara məxsus skuterlərin səkinin ortasına atılıb tərk edildiyini müşahidə edirik
.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Eldəniz Cəfərov saytımıza açıqlamasında deyib ki, xüsusi mühərrikli nəqliyyat vasitələrinə qarşı ötən ay qanunvericiliyə dəyişiklik edilib.

“Bu cür nəqliyyat vasitələrinin istismarı və parklanması ilə bağlı bir sıra yeni şərtlər qəbul edildi. Bu şərtlərin pozulması əleyhinə tənbeh kimi cərimə nəzərdə tutulub. Belə ki, xüsusi mühərrikli nəqliyyat vasitələri üçün ayrılmış dayanacaqdan kənarda saxlanan skuter və elektromobilləri kirayələyən şəxslər Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimələnə bilərlər”.
Ekspert sonda onu da vurğulayıb ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də skuterləri yol kənarlarında, insanlara mane olacaq tərzdə tərk edilən şəxs və şirkətlərə qarşı sanksiya tətbiq edə bilər.
Səfər
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










