Sol zolağı tutub inadkarlıq edən sürücü sonda əlini çıxarıb... - VİDEO

Qaydalara məhəl qoymadan hərəkət edən yük avtomobilinin sürücüsü ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə aprelin 9-da, Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, 01-ZA-339 qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü sağ zolaq boş olduğu halda, sol zolaqla hərəkət edib. Arxadan gələn sürücü isə yol istəyən zaman, o, həmin zolaqda hərəkətinə davam edib. Sonda yol verməyə məcbur olan sürücü haqsız olduğu halda, əl hərəkətləri ilə narazılığını bildirib.
"Yol hərəkəti haqqında" Qanunun 49-cu maddəsində qeyd olunub ki, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda, sol zolaqlarla hərəkət etmək qadağandır.
Bu qaydanın pozulmasına görə sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə oluna bilərlər.
Fidan
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO
Sürücü evakuatoru işıqforun altında saxlayıb hərəkətə maneə yaratdı – 77-TE-419 - VİDEO










