Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO

Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində dayanma-durma qaydalarını pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 26-da saat 15:00 radələrində qeydə alınıb. Kadrlardan aydın olur ki, 08-BK-117 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü yolun ən sol hərəkət zolağında nəqliyyat vasitəsini saxlayaraq sərnişin düşürüb. Nəticədə arxadan gələn yük avtomobilinin hərəkəti məhdudlaşıb.
Diqqətçəkən məqamlardan biri də odur ki, sürücü sərnişini yolun aktiv hərəkət hissəsində düşürməklə onu birbaşa risk altına salıb. Üstəlik qadın yola diqqət yetirmədən hərəkət edib. Həmin anda digər zolaqlarda nəqliyyat vasitələrinin olmaması baş verəcək qəzanın qarşısını alsa da, bu, qayda pozuntusunun təhlükəliliyini azaltmır.
Qeyd edək ki,çoxzolaqlı yollarda sürücülər sərnişin mindirib-düşürərkən nəqliyyat axınına mane olmayan sağ kənar zolağı və ya yol çiyini seçməlidirlər. Bu vəziyyətdə sürücü hərəkəti davam etdirərək daha təhlükəsiz nöqtədə dayanmalı, həm arxadan gələn avtomobilin yolunu kəsməməli, həm də sərnişinin düşməsi üçün maşını yolun kənarında saxlamalı idi.
Nərmin
Qırmızıda yolayrıcına girən mopedçi qəzadan güclə yayındı - VİDEO
Yolun ortasında sərnişin düşürən sürücü qəza şəraiti yaratdı - VİDEO
Yolayrıcına çatan kimi qaydaları unutdular - 77-RZ-198 və 01-CA-308 - VİDEO
Narkoman avtobus sürücüsü HƏBS EDİLDİ - VİDEO - YENİLƏNİB
Bu küçədə hamı "protiv" sürür - VİDEO
Hava limanı yolunda təhlükəli manevr edib sürücüyə qorxu dolu anlar yaşatdı - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda qurtuldu - ANBAAN VİDEO
İrada məhəl qoymayıb maşını əyri park edən sürücü hamıya mane oldu - FOTO
Dəmir yollarına vurulan zərər dövlətə vurulan zərərdir – ÇİNGİZ QƏNİZADƏ - VİDEO
Qırmızı işıqda gəldiyi kimi yolayrıcına girdi – 77-SF-681 - VİDEO
Yasamalda sürücülər enli səkini zəbt etdi – Piyadalar güclə keçdi - VİDEO












