Banner

Sol zolaqdakı maşını gözardı edən sürücü qəza şəraiti yaratdı - VİDEO

Qaydalar 12 Fevral 2026 14:00
Sol zolaqdakı maşını gözardı edən sürücü qəza şəraiti yaratdı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Ziya Bünyadov prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 6-da saat 15:07 radələrində qeydə alınıb.

Görüntülərdən aydın olur ki, 90-YM-851 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Bu zaman o, həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsinı qəza təhlükəsi yaradıb.

Xatırladaq ki, sürücü zolağı dəyişərkən digər hərəkət iştirakçılarına mane olmamalı, manevrin təhlükəsizliyinə əvvəlcədən əmin olmalıdır. Xüsusilə intensiv hərəkətin müşahidə olunduğu magistral yollarda qəfil edilən belə manevrlər qəzaların baş verməsinə səbəb ola bilər.

Nərmin

Oxunub 222
ŞƏRH YAZ
Ad

E-mail

Şərh