Banner

Sola yandırıb qəfil sağa dönən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO

Qaydalar 15 Dekabr 2025 09:00 Oxunub 604
Sola yandırıb qəfil sağa dönən sürücü bir ailəni təhlükə altında qoydu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yolda manevr qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, Füzuli rayonunda qeydə alınıb. Belə ki, 77-FA-671 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü yolda müəyyən edilmiş sürətdən aşağı sürərək arxadan gələn avtomobillərin hərəkətinə mane olub. Daha sonra dönmə işığını sola yandıraraq manevrlə bağlı xəbərdarlıq edib. Görüntünü qeydə alan sürücü qanunvericiliyin tələblərinə uyğun şəkildə onu sağdan ötməyə başlayan zaman, həmin sürücü gözlənilmədən sağa dönərək qəza şəraiti yaradıb. Sürücü bildirir ki, həmin vaxt avtomobildə ailəsi olub. Hamısı yaranmış vəziyyətdən qorxu keçiriblər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh