Banner

Son anda dönməyə qərar verən sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO

Qaydalar 10 Dekabr 2024 17:35 Oxunub 7614
Son anda dönməyə qərar verən sürücü avtomobillərə təhlükə yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 1-də, Xırdalan dairəsi yaxınlığında baş verib.

Belə ki, 77-LU-482 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü sol zolaqda hərəkət etdiyi halda anidən Xırdalan dairəsi istiqamətinə getməyə qərar verib. Sürücü sağ zolağa yerdəyişmə edən zaman görüntünü qeydə alan avtomobilə yol verməyib.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsində qeyd olunub ki, sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir.

Bu qaydaya əməl etməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə 40 manat məbləğində cərimə oluna bilərlər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh