Stop işıqları işləməyən sürücü təhlükə yaratdı: "Neyləyim yanmır?" - VİDEO

Texniki cəhətdən nasaz vəziyyətdə olan avtomobillə yola çıxan sürücü digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə barədə görüntü digər sürücülərdən biri tərəfindən qeydə alınaraq redaksiyamızın qaynar xəttinə göndərilib.
Məlumata görə, 99-GO-837 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilin heç bir stop işığı işlək vəziyyətdə olmayıb. Nəticədə, sürücü hər dəfə əyləcə basan zaman stop siqnalları yanmadığı üçün arxadan gələn avtomobillər qəza riski ilə üz-üzə qalıb.
Görüntüləri çəkən sürücü məsələ ilə bağlı həmin avtomobilin sürücüsünə irad bildirib. Lakin sürücü məsuliyyətsiz şəkildə “Neyləyim?” cavabını verərək vəziyyətə laqeyd yanaşıb.
Qeyd edək ki, xarici işıq cihazlarının hər birinin işlək vəziyyətdə olması vacib hesab olunur. Avtomobil sahibləri xüsusilə stop işıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir. Çünki hərəkət zamanı arxadan gələn sürücü yalnız bu işıq cihazlarının işə düşməsi ilə xəbərdar olur ki, qarşıdakı nəqliyyat vasitəsi tormozlayır. Bu işıqların nasaz vəziyyətdə olması qəzaların baş verməsinə yol aça bilər. Sürücülərə tövsiyə edirik ki, yola çıxmazdan əvvəl bütün işıq cihazlarının işlək vəziyyətdə olduğuna əmin olsunlar.
Fərid
Qırmızı işıqda saniyələrə baxıb qayda pozanlar; bunu bilirdiniz? - AÇIQLAMA - VİDEO
Ən sadə qaydanı pozan sürücü təhlükəli anlara səbəb oldu - VİDEO
Zolağa baxmadan manevr edən sürücü avtomobilin yolunu kəsdi - VİDEO
Qırmızı işıqda yolayrıcına girən sürücü az qala qəza törədəcəkdi - VİDEO
Maşının qabağını qaldırıb “şou” göstərən sürücü YENƏ CƏRİMƏLƏNDİ - VİDEO
“BakuBus”ın sürücüləri bir-biri ilə yarışır; Təlimlərdə onlara nə öyrədilir? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bu prospektdə sürücülər kütləvi şəkildə səkini zəbt edirlər - VİDEO
Qaraçuxurda “Tofaş”la “hoqqa” çıxaran sürücü ard-arda təhlükə yaratdı - VİDEO
Bu küçədə hər gün xaos yaşanır – Zolaq və səki zəbt olunur - VİDEO
Qaranlıqda təhlükə saçan sürücü: İşıqforu görməzdən gəlib yolayrıcına girdi - VİDEO
Qusarda narkoman sürücü həbs edildi - 38-BX-530 - VİDEO











