Stop işıqları yanmayan sürücüləri cərimə ilə yanaşı daha nələr gözləyir? - VİDEO

Yollarda stop işıqları nasaz olan avtomobillərə tez-tez rast gəlmək olur. Avtosfer.az xəbər verir ki, adətən sürücülər bu işıqların işləmədiyini bilsə də, məsuliyyətsizlik edərək dəyişmirlər. Nəticədə yolda hərəkət zamanı arxadan gələn sürücüləri təhlükə ilə üz-üzə qoyurlar. Bu işıqların yanmaması nəinki arxadan gələn sürücülərə, hətta həmin avtomobilin sürücüsünə də birbaşa təhlükə yaradır. Tormoz işıqlarının yanmamasına görə dəfələrlə qəzaların baş verdiyinin şahidi oluruq. Əsasən sürücünün qarşısına maneə çıxan zaman sərt tormoz verir, arxadan gələn sürücü də bunu görmədiyi üçün həmin maşınla toqquşur. 50 qəpiyə satılan həmin lampanın olmaması hər iki sürücünü xeyli miqdarda ziyana salır. Həmçinin bu işıqların nasaz olması inzibati məsuliyyət də yaradır.
İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində qeyd olunub ki, xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid
Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Avtomobil duracağa yerləşdirildi – FOTO - VİDEO
Sol zolaqda dayanan sürücü həm yolu kəsdi, həm də sərnişini riskə atdı - VİDEO
Bakıda 50 nömrəli marşrut avtobuslarının son dayanacağı yenidən müəyyən olunacaq? - VİDEO
Qaydaları pozdu, sonra da polisə tabe olmadı
Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO
Ötmə qaydasından xəbəri olmayan sürücü manevr edib təhlükə yaratdı - VİDEO
Tıxacda dayanan qadın sürücü səkidə gəzən piyadaya görə cərimələndi - FOTO
Masazırda bir-biriylə yarışan moped sürücüləri yol boyu qəza şəraiti yaratdı - VİDEO
Bakıda hərəkətin intensiv olduğu yolu TIR-lar zəbt edib - VİDEO
Maşınına və nömrəsinə güvənən bu sürücü qanunu saymadı - 90-AZ-462 - VİDEO
Maşını həm girişin qarşısında, həm də səkidə park edərək hərəkətə çətinlik yaratdı - VİDEO










