Stopda dayanmayan sürücü əks istiqamətə çıxıb qəza şəraiti yaratdı - VİDEO
Qaydalar 12 Yanvar 2021 15:05 Oxunub 888
Stopda dayanmayan sürücü əks istiqamətə çıxıb qəza şəraiti yaratdı  - VİDEO

Xırdalan şəhərində qayda pozan sürücünün videosu avtomobildəki kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, 90-HM-007 qeydiyyat nişanlı “Toyota” markalı avtomobilin sürücüsü yanvarın 8-i Qalubiyyə küçəsi ilə hərəkət edərkən kəsişmə yerində qoyulmuş “stop” nişanında dayanmadan yolayrıcına daxil olub. Bu zaman Mehdi Hüseynzadə küçəsinin sağ və sol tərəfindən gələn  avtomobillərə qəza vəziyyəti yaradıb.

Bundan sonra sürücü hərəkətinə davam edib yolayrıcından sağa dönərkən dönmə işıqlanrından istifadə etməyərək manevr qaydasını da pozub.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh