Telefonla danışan avtobus sürücüsü sərnişinlərin həyatını riskə atdı - VİDEO

Paytaxtın Sabunçu qəsəbəsi, Asif Əsədullayev küçəsində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə aprelin 15-də saat 18:13 radələrində qeydə alınıb. Kadrlardan görünür ki, 185 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-LZ-851 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü nəqliyyat vasitəsini idarə edərkən mobil telefonla danışıb.
Bu cür davranış yol hərəkəti qaydalarının kobud pozuntusu hesab olunur və ciddi təhlükə yaradır. Sükan arxasında diqqətin yayınması qəza riskini artırır.
Xatırladaq ki, sürücülər, xüsusilə ictimai nəqliyyat vasitəsini idarə edən şəxslər daha məsuliyyətli olmalıdırlar. Çünki avtobus sürücüləri yalnız özlərinin deyil, eyni zamanda sərnişinlərin də təhlükəsizliyinə cavabdehdirlər. Bu səbəbdən sükan arxasında mobil telefondan istifadə kimi diqqəti yayındıran amillərdən qəti şəkildə uzaq durmaq vacibdir.
Nərmin
Əks yola çıxan “VAZ” sürücüsü qarşıdan gələnləri təhlükəyə atdı - VİDEO
Körpə uşağı qucağına alıb maşın sürən müsiqici cəzalandırıldı - VİDEO
Səkidə maşın park edən sürücü “yaxşı edirəm” deyib saymazlıq etdi - 77-RH-836
Sürücü 110-luq yolda 90-lıq radara düşdü - ŞİKAYƏT - FOTO - VİDEO
Avtobusa minərkən bu qaydalara mütləq əməl edin - Mədəniyyət önəmlidir - VİDEO
Əlli manatlıq cərimə baha başa gəldi – 6 ay avtomobil sürə bilməyəcək
Qaydaları saymayan sürücülər: Biri qırmızıda keçdi, o biri əks yola çıxdı - VİDEO
Kobud qayda pozuntularına yol verən sürücü cəzalandırıldı - VİDEO - YENİLƏNİB
Vəsiqəsi olmadan sərxoş halda maşın sürərkən yaxalandı - Qaradağ postunda - VİDEO
Keçiddə dayanmayan sürücülər piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO
Telefonla danışan sürücü baş yoldan gələnlərin yolunu kəsdi – 75-AF-858 - VİDEO










