Sumqayıtda dayanacaq zəbt edilib, avtobuslar 2-ci zolaqda saxlamalı olur - VİDEO

Paytaxt küçələrində qayda pozan sürücülər artıq bölgələrdə nəqliyyat vasitəsi idarə edənlərə də pis örnək olmağa başlayıb. Bu gün istər Gəncə, istər Bərdə, istərsə də digər şəhər və rayonlarda sürücülərin piyada keçidlərini, səkiləri özlərinin parklanma məntəqəsinə çevirmələri adiləşib.
Avtosfer.az xəbər verir ki, belə hallar Sumqayıt şəhərinin mərkəzi küçələrində də tez-tez rast gəlinən mənzərə halını alıb. Belə ki, şəhərin 20 Yanvar küçəsində, bazarın, “Karvan” Ticarət Mərkəzinin ətrafında sürücülər maşınlarını harada gəldi saxlayıb alış-veriş edir, mal vurub mal boşaldır, dayanacaqları zəbt edir. Bunun da nəticəsində məhz 20 Yanvar küçəsində böyük xaos yaranır. Avtobuslar saxlamağa yer tapa bilmədikləri üçün 2-ci, hətta 3-cü cərgədə saxlayıb sərnişin mindirib-düşürməli olur.

Sakinlərdən biri saytımızın sosial şəbəkə hesabına göndərdiyi videoda aydın görünür ki, “Nissan” markalı 99-EH-015, “VAZ” markalı 90-BC-864 nömrəli maşınların sürücüləri yerdə və yolun kənarında dayanacaq işarəsi olduğu halda avtomobili park edib ərazidən uzaqlaşıblar. “VAZ” markalı 50-CT-936 nömrə nişanlı, “Hyundai” markalı 99-MX-280 nömrəli yük və “Prius” markalı nəqliyyat vasitəsi dayanacağa 15 metrdən az məsafədə maşını saxlayıb. Nəticədə şəhərdaxili hərəkət edən avtobuslar dayanacaqda yox bir neçə metr irəlidə saxlamalı olur.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinin tələblərinə əsasən, yəni ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir.
Səfər
Avtoxuliqanlıq edən moto sürücüsü həbs edildi; vəsiqəsi əlindən alındı - VİDEO
Bu sürücü nə maşına yol verdi, nə də piyadaya - 77-VD-015 - VİDEO
"Gözünü yumub" manevr edən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qayda pozan TIR sürücüsü yolayrıcında dəhşətli qəza törətdi; yaralı var - VİDEO
Bakıda tıxacdan qaçmaq istəyən sürücü polisdən qaça bilmədi - VİDEO
"AA" seriyalı avtomobilin sürücüsü yolu kəsdi - VİDEO
Şəhərin mərkəzində nişanlara məhəl qoymayan sürücü qaydanı pozdu - VİDEO
Yolayrıcını düzgün keçə bilməyən avtobus sürücüsü əks yola çıxıb maneə yaratdı - VİDEO
Reyddə saxlanılan sürücü sərxoş çıxdı: “Jurnalist çağırın” deyib dava saldı - VİDEO
Dönmə işığına arxayın olan "BakuBus" sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Masazırda yolu kəsən sürücü görün özünə necə haqq qazandırdı - VİDEO











